Xəbər lenti

Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var
Ölkə18:18 28.03.2018

Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalada tikintidə bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.
Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.
Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.