Xəbər lenti

Neftçaladan tapılan cəsəd neftçinindir - DNT analizi
Ölkə10:42 26.02.2016

Neftçaladan tapılan cəsəd neftçinindir - DNT analizi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
SOCAR-ın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan xəbərə görə, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Qaynar.info