Xəbər lenti

"Neftçi" Azərbaycan Kubokundan kənarlaşdırıldı (VİDEO)
İdman17:51 19.12.2018

"Neftçi" Azərbaycan Kubokundan kənarlaşdırıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Qaynarinfo xəbər verir ki, ikinci yarımfinalçı Sumqayıtda bəlli olub. Çempionatın lideri "Neftçi”ni onun meydanında iki cavabsız qolla məğlub edərək kiçik sensasiya gerçəkləşdirən "Sumqayıt” ötənilki kimi yenə qış çempionunu mübarizədən kənarlaşdırıb. Ayxan Abbasovun yetirmələri öz meydanında üstünlüyünü qoruyub. 43-cü dəqiqədə Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qola imza atsa da, bu mərhələ adlamaq üçün yetərli olmayıb. 87-ci dəqiqədə meydan sahiblərindən Arif Daşdəmirov meydandan qovulub. Amma "Neftçi" say üstünlüyündən də yararlana bilməyib.
Qeyd edək ki, ilk yarımfinalçı "Səbail"i üstələyən "Zirə" olub. 1/2 finala çıxacaq növbəti iki komanda sabah bəlli olacaq.