Xəbər lenti

“Neftçi” “Beşiktaş” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi
İdman13:13 05.08.2023

“Neftçi” “Beşiktaş” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Türkiyənin "Beşiktaş” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Qaynarinfo xəbər verir ki, ərizədə 27 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 12-ci yarımmüdafiəçi, 2-si isə hücumçu kimi UEFA-ya təqdim edilib.
"Neftçi” yeni transferi Andre Şinyaşikini də sifariş edib. 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da "Bakcell Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da "Beşiktaş” stadionunda keçiriləcək.