Xəbər lenti

"Neftçi" braziliyalı futbolçu transfer etdi
İdman19:45 08.09.2021

"Neftçi" braziliyalı futbolçu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” növbəti hücumçu transferini rəsmiləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb. 34 yaşlı futbolçu paytaxt komandasının heyətində 9 nömrəli formanı geyinəcək.
Bezerra Belçikanın "La Luvyer” (2005-2006), Braziliyanın "Qama” (2008), "İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin "Altay” (2008-2010), "Karşıyaka” (2010-2011), "Adanaspor” (2013-2015), "Adana Demirspor” (2016, 2017), Küveytin "Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının "Əl-Kadisiya” (2016-2017), Özbəkistanın "Paxtakor” (2017-2018), Qətərin "Əl-Xor” (2019-2020) və "Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.
O, 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.
"Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.
Səbuhi Həsənov