Xəbər lenti

“Neftçi” braziliyalı hücumçunun transferini açıqladı (VİDEO)
İdman11:38 01.08.2023

“Neftçi” braziliyalı hücumçunun transferini açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” braziliyalı futbolçu Andre Şinyaşikinin transferini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Bakı klubu 26 yaşlı hücumçunun keçidini xüsusi videoçarxla təqdim edib.
ABŞ-ın "Şarlott” klubundan alınan forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
 
Andre Şinyaşiki ABŞ-nin "Kolorado Rapids” (2017-2022), "Kolorado Sprinqs Suitçbaks” (2019) və "Şarlott” (2022-2023) klublarında çıxış edib. 2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb.