Xəbər lenti

İdman 17:00 16.06.2026

"Neftçi" bu futbolçuya görə Çempionlar Liqası iştirakçısı ilə mübarizə aparır

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirə bilər. "Ağ-qaralar”ın transfer siyahısında yer alan futbolçulardan biri də Pedro Markesdir. 

"Apollon"a məxsus olan 28 yaşlı hücumçunun "Neftçi"yə keçib-keçməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək. Məsələ burasındadır ki, portuqaliyalı forvardla "Pafos” da maraqlanır.

Bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində çıxış etmiş Kipr təmsilçisi Pedro ilə danışıqlara start verib.

"Sportinq”B, "Dordrext”, "Den Boş”, "Jil Visente”, "Famalikao”, "Neymegen” klublarında oynamış forvardın klubla müqaviləsi iyulun 1-də başa çatacaq.//Sportal.az

--> -->