Son vaxtlar gündəmi zəbt edən Namik Ələskərovun "Bursaspor"a keçidi həllini tapdı.
Qaynarinfo xəbər verir ki, Türkiyə klubu millimizin üzvünün keçidini açıqladı. Ancaq "Neftçi" hələ də Namikin qardaş ölkə təmsilçisinə keçidi ilə barışmaq istəmir. Belə ki, "flaqman" sözügedən məsələlərlə bağlı bəyanat yayıb. Klub Namikin "Bursaspor"a keçidini əsassız adlandırıb və bununla əlaqədar hüquqi proseslərə başlanacağı bildirilib.
"Neftçi"nin bəyanatı isə aşağıdakı kimidir:
"Neftçi” PFK, futbolçumuz Namik Ələskərovla bağlı "Bursaspor” klubunun rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq "Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib".
Səbuhi Həsənov