“Neftçi”nin prezidenti Sadıq Sadıqov dövlət başçısı İlham Əliyevə məktub göndərib. Komanda.az yazır ki, Suraxanıda stadion ərazisindəki boş sahənin “Qarabağ”a bağışlamasından Bakı klubu narazı qalıb.
"Neftçi" İdman Sağlamlıq Mərkəzi əməkdaşlarının imzaları toplanılıb və prezidentə məktub göndərilib. Bunu Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov də "Futbol+" qəzetinə verdiyi açıqlamada təsdiqləyib.
Vitse-prezident qeyd edib ki, məktuba qol çəkənlərdən biri də özüdür: “O vaxt stadionu "Qarabağ"a güzəşt etdilər. İndi də futbol akademiyası tikmək üçün boş ərazini götürmək istəyirlər.
"Neftçi" İdman Sağlamlıq Mərkəzi bir neçə mərtəbəli bina tikmək istəyir. Hər mərtəbə müxtəlif növlər üzrə nəzərdə tutulub. Sadıq Sadıqov özü tikəcək. Ancaq hələ ki, gözləyirik, görək, müraciətimizə necə cavab veriləcək".
Qaynar.info