Ekonomiks 09:39 09.02.2023

Neftimiz bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları, yaxud 1,16 % artaraq 86,33 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, hərraclarda "Brent” markalı neftin aprel fyuçersləri 85,09 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.