Xəbər lenti

Neftimiz yenə bahalaşdı
Ekonomiks05:55 16.09.2023

Neftimiz yenə bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı ticarət edilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq 100,56 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 93,70 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.