Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,82 ABŞ dolları və ya 0,9% artaraq 83,77 dollara yüksəlib. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 82,95 dollara ticarət edilmişdi.
Fevralın 23-də hərracların nəticələrinə görə "Brent” markalı neftin aprel fyuçersləri 83,16 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.