Xəbər lenti

Neftimizin qiyməti bahalaşdı
Ekonomiks06:11 30.03.2023

Neftimizin qiyməti bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,15 % artaraq 80,86 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin may fyuçersləri isə 78,14 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.