Xəbər lenti

Neftin qiyməti "oynayır"
Ekonomiks05:48 04.02.2015

Neftin qiyməti "oynayır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
London və Nyu-York birjalarında neftin qiyməti ucuzlaşıb. Ötən günün kəskin bahalaşması, bu gün London və Nyu-York birjasında neft qiymətinin düşüşü ilə əvəz olunub.
Anspress-in məlumatına görə, Londonun İCE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,42 dollar eniş yaşayıb. Bununla da "Brent" markalı neftin bir barelinin qiyməti 57,49 dollar təşkil edib.
Nyu-York birjasında isə WTI markalı neftin fyuçerslərinin qiyməti 0,93 dollar enib. Bununla da WTI markalı neftin bi barelinin qiyməti 52,12 dollar olub.
Qeyd edək ki, son günlər ABŞ-da neftçilərin tətili nəticəsində qiymətlərdə kəskin bahalaşma yaşanmışdı.
Qaynar.info