Xəbər lenti

Neftin qiyməti yenə düşdü
Ekonomiks06:35 04.04.2015

Neftin qiyməti yenə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində ötən gündən bəri dəyişiklik müşahidə olunmaqdadır. Anspress-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37 dollar azalaraq 48.77 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.48 dolar enərək 54.47 dollar olub.
Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.14 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54.95 dollar idi.
Qaynar.info