Xəbər lenti

Nemət Pənahlıya itki üz verdi
Ölkə05:19 26.09.2013

Nemət Pənahlıya itki üz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhbus siyasətçi Nemət Pənahlının qayınatası Hüseyn Orucov sentyabrın 25-i axşam saatlarında vəfat edib.

Məlumatı “Media forum” saytına mərhumun qızı, Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.

 Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib. Nemət Pənahlıya valideynlərinin yas mərasimlərində iştirak etmək imkanı verilməyib.

Allah rəhmət eləsin!

Qaynar.info