Xəbər lenti

"Neolit"ə hücumda ittiham edilən bloqqer saxlanıldı
Siyasət07:00 18.02.2019

"Neolit"ə hücumda ittiham edilən bloqqer saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvadakı "Neolit" restoranına hücumda şübhəli bilinən "Instagram" bloqqeri Alibek Mirzəxanov saxlanılıb.
Qaynarinfo Crime Russia-ya istinadən xəbər verir ki, Mirzəxanov və digər 4 nəfər restorana bıçaq və silahla gələrək 8 atəş açıb və müştərilərdən 1-ini yaralayıb. Saxlanılandan dərhal sonra açıqlama verən Alibek Mirzəxanov hadisədə iştirak etmədiyini, qanunu pozmadığını dilə gətirib, həmçinin təhlükəsizliyinə görə narahat olduğunu bildirib.
"Instagram"da 100 mindən çox izləyiciyə sahib bloqqer 2012-2013-cü illərdə insan haqları müdafiəçilərinə müraciət edərək Dağıstanda 3 dəfə qaçırıldığını və işgəncəyə məruz qaldığını bildirmişdi. 
Qeyd edək ki, 15 fevralda Moskvanın Peçatniki ərazisində yerləşən, Azərbaycan əsilli Yaşar Əliyevə məxsus "Neolit" restoranına çeçenlərin silahlı basqını təşkil edilmişdi. Təxminən 70-100 nəfərin iştirak etdiyi qarşıdurmada azərbaycanlılar hədəf alınmış və 10 nəfər yaralanmışdı. 
Gülşən