Xəbər lenti

Nərgiz Paşayevadan retro-stil - FOTOLAR
Ölkə07:45 07.11.2013

Nərgiz Paşayevadan retro-stil - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nərgiz Paşayevanın stilində – cazibədarlıq, təbiilik, şarm və gözəllik birləşib”. 

“Qafqazinfo”nun məlumatına görə, “Nargiz” jurnalı Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın geyim tərzini analiz edib.

“Retro-stildə zəngin sadəlik” başlıqlı yazıda bildirilir ki, Nərgiz Paşayevanın stilində – cazibədarlıq, təbiilik, şarm və gözəllik vəhdət təşkil edir: “Bu, aristokrat, azad və eyni zamanda qadına xas və kövrək obrazdır. Bu, simanın təbiətdən aldığı gəncliyi bir qayda olaraq özündə uzun müddət saxlayan qadın portretidir.

Nərgiz Paşayeva fəal mədəni və elmi, ictimai fəaliyyəti ilə qeyri –adi füsunkarlığı və cazibədar qadın obrazını həmişə saxlayır. Onun stili müvəqqəti tendensiyaların təsirinə məruz qalmır. O, retro-stilli geyimlər və aksessuarlarla müasir görünməyi bacarır.

İş qadını və azad qadın stili ciddi və eyni zamanda çox qadınaxas tərzdir. Onun görünüşü onun zəngin daxili yaradıcılıq dünyasını əks etdirir. Onun siması və xüsusiyyətləri bəzən klassik Azərbaycan miniatürlərinin obrazlarını xatırladır".

Qaynar.info