Xəbər lenti

Nəticə yoxdur, deməli, 27 sentyabr proseslərini yenidən başlatmalıyıq - Politoloq
Siyasət13:02 08.11.2021

Nəticə yoxdur, deməli, 27 sentyabr proseslərini yenidən başlatmalıyıq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu görüşün videoformatda baş tutması ilk növbədə onu göstərir ki, ortada tərəfləri, xüsusən də Azərbaycanı qane etməyən məsələlər var”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bu həftə ərzində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin videokonfrans formatında üçtərəfli görüşün keçiriləcəyinə münasibət bildirərkən deyib:
"Əslində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həmin açıqlamasına qədər cərəyən edən proseslərdə də hiss olunurdu ki, Azərbaycanı qane etməyən bəzi məsələlər var. Ermənistan və havadarı Rusiya prosesi öz maraqları kontekstində yürütmək istəyir. Azərbaycan Ermənistana konkret sülh təklifi verib. Şərtlər də bəllidir. Bu da əslində 10 Noyabr sənədindən irəli gələn konkret nəticədir. Söhbət kapitulyasiya sənədindən gedirsə, son bir il müddətində ortada heç bir ciddi irəliləyiş yoxdur. Kapitulyasiya sənədi adətən qalib tərəfin diktəsiylə həyata keçirilir və qısa zamanda hər şey öz yerini alır. Ancaq 10 Noyabr sənədinin 9 müddəasından cəmi biri yerinə yetirilib. Hələ də Qarabağda qanunsuz erməni silahlı dəstələri mövcuddur. Zəngəzur dəhlizini isə nə Rusiya, nə də Ermənistan artıq qəbul etmir”. 
 
Həmsöhbətimizin fikrincə, sadaladığı gerçəkliklər 1 il müddətində həll olunmayıbsa, il tamamında keçiriləcək görüş virtual formatda olacaqsa, deməli, ortada sərf etməyən bir sıra məsələlər var:
"Sərhədlərin müəyyənləşməsində qeyri-müəyyənliklər qalır, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, Qazaxın bəzi kəndləri və Naxçıvanın bir kəndinin qaytarılması, Qarabağdakı qanunsuz erməni silahlılarının varlığı məsələləri hələ də həll olunmayıb. Ona görə də görüş virtual keçirilir. Nəticə də gözləmirəm. Deməli, yenidən 27 sentyabr proseslərini başlatmalıyıq”.
Rüfət Sultan