Xəbər lenti

Niaqara şəlaləsi Azərbaycan bayrağı rənglərinə büründü! (FOTO)
Siyasət08:03 09.11.2021

Niaqara şəlaləsi Azərbaycan bayrağı rənglərinə büründü! (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə bir qrup soydaşımız Azərbaycan Dövlət Bayrağı gününü və Zəfər Gününü qeyd ediblər.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Torontoda bir araya gələn çoxsaylı soydaşlarımız öncə ziyafət təşkil edib, bayram ediblər. Daha sonra isə Niaqara şəlaləsinin sahilinə toplaşıblar. 
Burada da bayram tədbirini davam etdirən soydaşlarımız Niaqara şəlaləsi üzərində Azərbaycan bayrağının rənglərini proyeksiya ediblər.