Xəbər lenti

Nida bəyanat yaydı
Siyasət11:30 08.03.2013

Nida bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nida Vətəndaş Hərəkatı üç üzvünün oğurlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, martın 7-də axşam saatlarında Nida Vətəndaş Hərəkatının 3 (üç) üzvü - Əzizov Məhəmməd Rasim oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu və Novruzlu Şahin İbrahim oğlu mülki geyimli şəxslər tərəfindən oğurlanıb.

Saat 20.00 radələrində Quliyev Bəxtiyar Səməndər oğlu şəhərin mərkəzinə yaxın bir hissədə mülki geyimli şəxslər tərəfindən saxlanaraq Sabunçu rayonunda yaşadığı evə gətirilib. Evdə həmin zaman Bəxtiyarın atası Quliyev Səməndər və anası Məmmədova Səadət olub. Valideynlərin bildirdiyinə görə mülki geyimlilər 10 nəfər olublar. Onlar yalnız MTN əməkdaşları olduqlarını bildiriblər. Lakin heç bir sənəd və evdə axtarış barədə məhkəmə qərarı təqdim etməyiblər. Anasının dediyinə görə Bəxtiyarın yaşadğı otaq bir dəfə axtarılıb heç bir şey tapılmayıb. İkinci axtarış zamanı bükülü kağız “tapılıb” və bunun narkotik maddə olduğu bildirilib. Bəxtiyarın anası oğlunun otağında belə bir şeyin olmadığını və həmin maddənin mülki geyimlilər tərəfindən ora qoyulduğunu bildirir. Daha sonra evin həyətindən çöl qapının yanında bir qutu benzinlə dolu şüşə qab “tapılıb” .Bəxtiyarın ailəsi belə bir şeyin mülki geyimlilər gəlməmişdən əvvəl onların həyətində olmadığını bildirirlər. Mülki geyimlilər Bəxtiyarın şəxsi noutbukunu nu, planşetini və fotoaparatını da götürüblər.

Saat 21.00 radələrinə Novruzlu Şahin İbrahim oğlunun yaşadığı mənzilə mülki geyimli bir neçə şəxs gəlib. Özlərini MTN əməkdaşı kimi təqdim ediblər. Şahinin atasının israsrlarından sonra Səbail rayon məhkəməsinin evdə axtarış barədə qərarını təqdim ediblər. Qərarda evdə narkotik maddənin olması barədə məlumat olduğu qeyd olunub. Şahinin atasının dediyinə görə mülkigeyimlilər evə girdikdən biraz sonra evdən benzin iyi gəlməyə başlayıb. Evdən axtarış zamanı müşəmbə kağıza bükülü narkotik maddə, bir neçə şüşə qabda benzin çıxarılıb. Şahinin atasının dediyinə görə onun evində əvvəllər belə bir şey olmayıb. Evdə tapılan əşyalar barədə protokol tərtib olunub.

Saat 21.30 radələrində Əzizov Məhəmməd Rasim oğlu Nizami küçəsində 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanaraq maşına mindirilib. Hadisəni görən vətəndaşlar bu barədə facebook sosial şəbəkəsində məlumat veriblər. Daha sonra Məhəmmədin “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən mənzilinə aparıldığı və yuxarıda digər iki nəfərin evində olanların təkrarlandığı güman olunur. Saat 23.30 radələrində Məhəmmədin dostunun yaşadığı mənzilin qapısını döyüb və qapını mülki geyimli bir şəxs açıb və içəridə daha 3 nəfər mülki geyimli olub. Məhəmmədin dostu dərhal ordan uzaqlaşıb. Bundan bir saat sonra jurnalistlər və bir neçə Nida üzvü mənzilə getdikdə mənzil artıq boş olub. Məhəmmədə olanlar barədə Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edilib və Məhəmmədin yaşadığı ərazi üzrə Polis Bölməsinə məlumat verilib. Bu saat qədər Məhəmmədin harda olması barədə heç bir məlumat yoxdur.

Nida Vətəndaş Hərəkatının oğurlanan hər üç üzvü 10 mart 2013-cü il tarixində keçiriləcək “Əsgər ölümlərinə son!” aksiyasının barədə xüsusilə sosial şəbəkələrdə fəallıq göstərirdilər.

N!DA Vətəndaş Hərəkatı olaraq, hesab edirik ki, bu oğurluqlar siyasi sifariş əsasında həyata keçirilir, hədəf etirazçıları susdurmaq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsi qorxutmaqdır. Xüsusilə 12 yanvarda keçirilmiş “Əsgər ölümlərinə son!” aksiyasında Nida üzvlərinin fəallığına görə 10 mart aksiyası qabağı bu cür tədbirlərlə qorxu yaratmaq istəyirlər. Ancaq bütün bunların Nida Vətəndaş Hərəkatının fəaliyyətinə heç bir təsiri olmayacaq. Nida öz mübarizəsini davam etdirəcək.