Xəbər lenti

NİDA-çının həbs müddəti uzadıldı
Siyasət07:57 18.09.2013

NİDA-çının həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin həbs müddəti uzadılıb.

Qaynar.info xəbər verir ki, bu barədə APA-ya Ü.Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
 
F.Mehdiyev qeyd edib ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ü.Məmmədli barəsində həbs-qətimkan tədbirinin müddəti noyabr ayının 30-a qədər uzadılıb.
 
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və  Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs olunublar.

Qaynar.info