Xəbər lenti

“Nida” prosesində vəkillər müdafiə çıxışları edib
Siyasət12:40 24.04.2014

“Nida” prosesində vəkillər müdafiə çıxışları edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı üzvlərinin işi üzrə proses keçirilib.

“Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyev bildirib ki, vəkillərin dəlil- sübutları ittihamın əsasız və qanunsuz olduğunu sübuta yetirib: “Elton Quliyev, Cavad Cavadlı, Fariz Namazlı, Abil Bayramov və mən müdafiə çıxışları etdik. Mənim və həmkarlarımın dəlilləri cinayət işini və ittiham tərəfinin arqumentlərini tamamilə alt-üst etdi”.

Proses aprelin 25-də davam edəcək.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Qaynar.info