Xəbər lenti

NİDA “Susqunluğun anatomiyası” kitabının təqdimatını keçirəcək
Sənət13:39 01.05.2015

NİDA “Susqunluğun anatomiyası” kitabının təqdimatını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NİDA vətəndaş hərəkatı mayın 2-də saat 15:30-da Müsavat Partiyasının qərargahında çex yazıçısı, dissident, dövlət xadimi Vatslav Havelin “Susqunluğun anatomiyası” kitabının təqdimatını keçirəcək. 

Bununla bağlı sosial şəbəkələrdə event yaradılıb. 

NİDA-nın “kitab tərcüməsi və nəşri” proqramı çərçivəsində hazırlanan bu kitab Azərbaycan dilində ilk dəfə nəşr olunur. Kitabda müəllifin “Susqunluğun anatomiyası” və  “Vicdan və siyasət” adlı iki essesi yer alıb. Kitab pulsuzdur. Tədbirdə iştirak edən hər kəs əldə bilər. 

Təqdimat barədə musavat.com-a məlumat verən NİDA-nın idarə heyətinin üzvü Rəhman Məmmədli maraqlanan hər kəsi tədbirdə iştirak etməyə dəvət etdi.

Qaynar.info