Xəbər lenti

“Nida”çı gəncin şikayəti təmin edilmədi
Ölkə10:41 10.07.2013

“Nida”çı gəncin şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkətının həbsdə olan üzvü Məmməd Əzizovun həbs müddətinin artırılmasından verilən şikayətə baxılıb.

Bu barədə musavat.com-a onun vəkili Fariz Namazlı məlumat verib. Vəkilin bildirdiyinə görə, həbs müddətinin uzadılması barədə verilən şikayət təmin edilməyib. Apellyasiya instansiyası iyulun 2-də Nəsimi Rayon Məhkəməsinin çıxarığı qərarı qüvvədə saxlayıb. 

F.Namazlı qeyd etdi ki, məhkəmədə Məmməd Əzizovun özü də iştirak edib: “Məmmədin sağlıq durumu yaxşıdır. Ailəsi ilə görüşməsində heç bir problem yoxdur”. 

Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov qanunsuz olaraq həbs olunub. 

İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib. Vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.