Xəbər lenti

Niderlanddın siyasi dairələrində Qarabağdan nələr danışılıb?
Siyasət11:00 28.07.2020

Niderlanddın siyasi dairələrində Qarabağdan nələr danışılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlanddın siyasi partiyalarında Ermənistanın təcavüzkar siyasəti müzakirə olunub.
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın Xristian Demokrat Partiyasının (CDA) Friesland bölgəsi üzrə rəhbəri Yohem Jan Ziylstra və CDA partiyasından olan Daadhoeke bələdiyyəsinin koordinatoru Anton Viykhuis ilə görüş keçirib. 
Bu barədə Qaynarinfo-ya E.Mirhəşimli məlumat verib. 
O bildirib ki, görüşdə erməni diasporunun Avropada törətdiyi təxribatlarla bağlı məlumat verib: "Bunda başqa Xristian Demokrat Partiyasının parlamentdə xarici əlaqələr şöbəsi fəaliyyət göstərir. Haaqada bu partiyanın xarici əlaqələr şöbəsində daha bir görüşümüz olacaq. Erməni lobbisi bizdən öncə görüşüb şikayət edib. Amma partiya yetkililəri razılaşdılar ki, qərar vermədən öncə məni də dinləsinlər”. 
E.Mirhəşimli əlavə edib ki, Ermənistanın Tovuz istiqamətində təxribatlara başlamasından dərhal osnra bu barədə məlumat vermək üçün Niderlandın bütün siyasi partiyalarına rəsmi məktub ünvanlayıb: "Sadəcə Xristian Demokrat Partiyasından görüşə razılıq verilib. Amma çalışacam ki, Niderlandın digər siyasi partiyaları ilə də görüş keçirim və onları bu məsələ ilə bağlı məlumatlandırım ki, obyektiv qərar versinlər".