Xəbər lenti

Nikol Paşinyan: "Azərbaycanla üç əsas prinsip razılaşdırılıb"
Siyasət07:00 30.10.2023

Nikol Paşinyan: "Azərbaycanla üç əsas prinsip razılaşdırılıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını bildirib. 
Qaynarinfo "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, baş nazir tərəflərin artıq razılaşdırılmış prinsiplərə sadiq qalacağı tədqirdə sənədin tezliklə imzalanacağını bildirib.
Paşinyan qeyd edib ki, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Beləliklə, Bakı Ermənistanın 29,8 min kvadrat km sahəsi olan ərazisini, İrəvan isə Azərbaycanın 86,6 min kvadrat km sahəsi olan ərazisini tanıyıt..
İkinci prinsip, tərəflər Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər. Yəni, tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
Paşinyan üçüncü prinsipi keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılması adlandırıb.
Aydın