
"Azərbaycan XİN-nin Koksun qeyri-qanuni səfərlərinə etiraz notasına da ehtiyac qalmayıb".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu böyük britaniyalı deputatın işğal altındakı torpaqlara səfərini şərh edərkən deyib.
Elxan Şahinoğlu bildirib ki, Böyük Britaniyanın Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks yenə işğal altındakı torpaqlarımızdadır:
"Bəlkə özü də Dağlıq Qarabağa səfərlərinin sayını itirib. Koksun bu “səfərləri” bizim üçün adiləşib. 20 ildən çoxdur ki, Koks Dağlıq Qarabağa səfərlərlə separatçılara dəstəyini ifadə edir. Azərbaycan XİN-nin Koksun qeyri-qanuni səfərlərinə etiraz notasına da ehtiyac qalmayıb. Nota verəcəksən, London və ya ingilis səfir deyəcək ki, “bizlik deyil, müstəqil şəxsdir, təsir edə bilmərik”".
Ekpert qeyd edib ki, məni başqa məsələ düşündürür: "Koks aprel döyüşlərinin nəticələrini yerində görmək üçün Dağlıq Qarabağa gəlib. Diaspora təşkilatımız var, səfirliklərimizdə lobbi işi ilə məşğul olan xüsusi diplomatlarımız var, nədən Koksa bənzər tanınmış avropalı deputatı Azərbaycanın haqlı maraqlarına bağlaya bilmirik ki, o da hər il gəlsin Tovuzun, Qazaxın, Tərtərin, Ağdamın işğalçı ilə təmas nötqələrini gəzsin, insaların həyatı ilə yaxından tanış olsun və biz də onun ismini əzbərləyək. Təmənnasız gəlmələri də başlıca şərtdir! Ermənilərin Koska daima pul verdiklərinə inanmıram".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az