2 aprel 2021-ci il, saat 16:00-da Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın təqdimatında "Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar” mühazirəsi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, müzakirə Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq.
Mühazirədə dahi şairin müxtəlif sənət sahələrinin özünəməxsus cəhətlərinə dair fikirlərindən və bu sənəti yaradan insanlara verdiyi dəyərdən bəhs olunacaq.
Karantin qaydalarına əsasən mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, mühazirədə iştirak etmək istəyənlərdən aşağıdakı linkə daxil olmaqla öncədən qeydiyyatdan keçmələri xahiş olunur.