Dünya 19:55 29.06.2022

Norveç Ukraynaya raket sistemləri göndərəcək

Norveç Ukraynaya üç reaktiv raket sistemi bağışlayacaq.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir

Norveç İngiltərə, Almaniya və ABŞ-ın qəbul etdiyi analoji qərarlardan sonra Ukraynaya üç reaktiv raket sistemi bağışlayacağını bildirib.

"Biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, onlar azadlıq və müstəqillik uğrunda mübarizələrini davam etdirə bilsinlər”,- Norveçin müdafiə naziri Byorn Arild Qram açıqlamasında deyib. 

"Silahlarımızın geniş modernləşdirilməsinə ehtiyacı var, ona görə də biz ingilislərlə razılaşdıq ki, onlar Norveç silahlarını alsınlar və əvəzində öz silahlarının bir hissəsini Ukraynaya göndərsinlər”,- müdafiə naziri bildirib. 

Nurlan Hüseynov