Xəbər lenti

Novella Cəfəroğlu təkzib etdi
Siyasət13:11 05.06.2013

Novella Cəfəroğlu təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bu, jurnalistlərin uydurmasıdır”

Mətbuatda yayılan məlumatlara görə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Milli Şuraya qoşulmaqdan imtina ediblər. N.Cəfəroğluya və S.Qocamanlıya Milli Şurada fəaliyyət göstərməklə bağlı təklif gəlsə də, onlar bu təklifi rədd ediblər.

Məsələ ilə bağlı hüquq-müdafiəçisi Novella Cəfəroğlu ilə əlaqə saxladıq. N.Cəfəroğlu Qaynar.info-ya açıqlamasında yayılan məlumatların yalan olduğunu deyib: “Mənə Milli Şuradan təklif gəlməyib. Təklif gəldikdən sonra düşünərəm. Milli Şuradan imtina etməyimlə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil. Bu, jurnalistlərin  uydurmasıdır. Nə mənə təklif gəlib, nə də imtina etmişəm”.

Xəbərdə adı çəkilən hüquq müdafiəçisi Səidə Qocamanlı ilə də əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

İlkin
Qaynar.info