Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək.
“Qafqazinfo” xəbər verir ki, bayram ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Xətai rayonu: - Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.
Yasamal rayonu: Akim Abbasov küçəsi, İran klinikasının yanı.