Xəbər lenti

Ünvanına cərimə gəlib, amma sürücü protokolla razılaşmır - VİDEO
Ölkə18:01 25.01.2017

Ünvanına cərimə gəlib, amma sürücü protokolla razılaşmır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzən sakini 30 yaşlı Vüsal Ələsgərov işlədiyi Siyəzən rayonu "Kommunal Müəssisələr Kombinatı"nda sürücü işləyir. Gündəlik işi isə ərazilərdən məişət tullantılarını yığmaqdır. Rayonun mərkəzi küçələrindən birində zibildaşıyan maşını avtobus dayanacağına yaxın ərazidə saxladığı üçün cərimələnib.
O deyir ki, avtomobili dayanacaqdan 25 metr aralıda saxlayıb. Polis isə dayanacaq ərazisində dayandığı üçün cərimələyib.
Bununla bağlı Siyəzən rayon yol polisi bölməsindən "Xəzər Xəbər"ə bildirilib ki, sürücü qaydaları pozaraq avtomobili dayanacağın ərazisində saxlayıb. Ona görə də 40 manat cərimə olunub. İndi sürücü məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcək.
Qaynarinfo.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Qaynarinfo.Az