Xəbər lenti

Nyu Yorkda Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olacaq
Siyasət12:54 19.09.2022

Nyu Yorkda Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu York şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.