
“El” Hərəkatının rəhbəri Eldar Namazov YAP-çı millət vəkili Siyavuş Novruzovun ona qarşı səsləndirdiyi ittihamlara cavab verib.
Qaynar.info xəbər verir ki, E. Namazov “Azadlıq” qəzetinə açıqlamasında S.Novruzovun fikirlərinin həmişəki kimi gülüş doğurduğunu deyib.
Onun sözlərinə görə, jurnalistlər S.Novruzova siyasətlə bağlı ciddi suallar verib sıxışdırmamalıdılar. Ona ancaq bildiyi sahədən - idmandan sual verməlidilər: “Siyavuş Novruzov siyasətə kənd məktəbində bədən tərbiyəsi müəllimliyindən gəlib. Mən istəməzdim ki, jurnalistlər onu qəliz siyasi suallarla sıxışdırsınlar. Bu, onun sahəsi deyil. Ona Rüstəm İbrahimbəyovdan, hansısa siyasi hərəkatlardan suallar verirlər. O da bu sahədə savada malik olmadığına görə ağlına gələni danışır. Siyavuş Novruzovdan məzmunlu cavab istəyirsinizsə, bildiyi sahədən suallar verin. Turnikdə fırlanmaq, dombalaq aşmaq və s. Çətin suallarla bu adamı yormayın”.