Xəbər lenti

Obama Moskvaya gedəcəkmi? - Açıqlama
Siyasət10:29 21.11.2016

Obama Moskvaya gedəcəkmi? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində amerikalı həmkarı Barak Obama ilə söhbət zamanı onu Rusiyaya dəvət edib.

Qaynarinfo.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti bildirib.

Bəs, Obama Moskvaya gedəcəkmi?

Bu barədə Qaynarinfo.Az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Putin çox hiyləgər gediş gedib:"Birincisi, Barak Obama təxminən iki aydan sonra Ağ Evi tərk edir. İkincisi, Putinin Obama ilə arası yoxdur, imkan düşən kimi onun ünvanına tikanlı sözlər, mesajlar, açıqlamalar göndərir, onu heç bir sözünü, vədini yerinə yetirməməkdə ittiham edir. Belədirsə, Putin niyə Obamanı Rusiyaya dəvət edib?

Putin bununla çox hiyləgər gediş edib. Aydındır ki, Barak Obama Moskvaya səfər etməyəcək, bu onun prinsiplərinə zidd olardı".

Siyasi şərhçi qeyd edir ki, ortada Ukrayna və Suriya kimi anlaşmazlıqlar var:"Sadəcə, Putin rəqibinin onsuz da Moskvaya gəlməyəcəyini bilərək, bu yolla Ağ Evin gələcək sahibi Donald Trampa mesaj göndərir. Putin demək istəyir ki, “bu gəlmək istəmir, heç olmazsa Sən Ağ Evə sahib olduqdan sonra gəl Moskvaya, oturaq dərdləşək".

Aydın Mirzə

Qaynarinfo.Az