Xəbər lenti

Odessaya raket hücumu - Şarl Mişel sığınacağa girdi
Siyasət18:35 09.05.2022

Odessaya raket hücumu - Şarl Mişel sığınacağa girdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Baş naziri Denis Şmıqalın görüşü bomba sığınacağında baş tutub.
Qaynarinfo xəbər verir ki, buna səbəb Odessaya raket zərbələri endirilməsi olub. Bu barədə Şmıqal tviter səhifəsində yazıb:
"Bu gün hava hücumu xəbərdarlığı və Odessa yaxınlığında atılan raketlərlə görüşümüz kəsildi.Müzakirələrimizi bomba sığınacağında davam etdirdik: Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaqla bağlı müzakirə apardıq. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”.