
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) fərqli ölkələrin rəqəmsal malların satışına vergi qoymaq cəhdləri ilə əlaqədar yeni bir ticarət müharibəsinin başlayacağını proqnozlaşdıran hesabat yayımlayıb.
Qaynarinfo xəbər verir ki, CNBC-yə görə, bu, illik ÜDM-in yüzdə birinin itirilməsi ilə nəticələnə bilər.
"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı xəbərdarlıq edib ki, ölkələrin bir razılığa gəlmələri lazımdır, əks təqdirdə qlobal iqtisadiyyata daha çox ziyan dəyə bilər.
Təşkilata görə, Google, Apple, Facebook və Amazon kimi şirkətlər məhsullarını heç birinə bağlı olmadan fərqli ölkələrdəki istehlakçılara satmağı bacarır. Eyni zamanda, aşağı vergi dərəcəsi olan ölkələrdə qeydiyyatdan keçməyə çalışırlar, istənilən ölkədən olan vətəndaşlar onların məhsullarını ala bilərlər.
Problem ölkələr arasında rəqəmsal xidmətlərin vergitutma qaydalarını tənzimləyən qlobal bir əməliyyatla həll edilə bilər.
"OECD bu il razılaşmanın əvvəlcədən planlaşdırıldığına baxmayaraq, bu il sözügedən razılaşma olmayacağını təsdiqləyib. Bunun əvəzinə təşkilat artıq 2021-ci ilin ortalarına qədər müqaviləni bağlamağı hədəfləyir”, - məlumatda deyilir.
Alpər