Xəbər lenti

Ölməz əsərlər müəllifi bəxtsiz sənətkar: Bəhram Nəsibovun mahnılarına iddialılar kimlərdir? (VİDEO)
Sənət08:30 08.08.2022

Ölməz əsərlər müəllifi bəxtsiz sənətkar: Bəhram Nəsibovun mahnılarına iddialılar kimlərdir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
O, təkcə bəstəkar deyilmiş. Ölməz mahnıların müəllifi, bu il 80 yaşı tamam olan mərhum bəstəkarımız Bəhram Nəsibovu deyirəm. Sənət tarixçəsi ilə yaxından tanış olanda sənətkarın həmçinin şair, səhnəciklər, bəhri-təvillər müəllifi, hətta quruluşçu rejissor kimi çox uğurlu fəaliyyət sferasının olduğu da üzə çıxır. 
Ancaq bəxti gətirməyən bəstəkarlığı və ölməz sənət nümunələri - mahnılarının bir qismidir. İndiyədək yazılıb deyilənlərdən yanaşsaq, buna səbəbsə sənət yoldaşlarından bəzilərinin onun yaradıcılığına qısqanc yanaşması və bəzi mahnılarının sözlərini, bəzi mahnılarının musiqisini, bəzi mahnılarınısa bütövlükdə mənimsəmək istəmələridir. 
Bu məsələlələrə aydınlıq gətirmək üçün sənətkarın oğlu Adil Nəsibovu redaksiyamıza dəvət etdik.