Qana millisinin keçmiş futbolçusu Başiru Qambo haqqında yayılan ölümünə dair iddaiaları yalanlayıb.
Qaynarinfo xəbər verir ki, sabiq futbolçu Qananın kanalı "Pure FM"ə amıqlamasında iddiaların cəfəngiyat olduğunu söyləyib. O sağ və işinin başında olduğunu bildirib.
Ötən həftə öldüyü bildirilən, hazırda ABŞ-də yaşayan keçmiş hücumçu bu məlumatı yayanlarla məşğul olacağını da deyib. O açıqlamasında, "İnternetdə haqqımda yayılan məlumatları oxudum və məsələni həll edəcəm. Xəbəri kim yayıbsa, o, heç nədən azad olmayacaq" - deyib.
2000-2003-cü illərdə Qana millisinin formasını geyinmiş 44 yaşlı veteran futbolçu əsasən Almaniyada keçən karyerası ərzində "Borussiya" (Dortmund), "Karlsrue", "Ştutqart" kimi komandalarda da çıxış edib.
Səbuhi Həsənov