İşləri ilə bağlı olaraq tez-tez Hindistana səfər edən tanınmış rəqqasə Oksana Rəsulova şəxsi həyatına yetərli vaxt ayırmadığını söyləyib. Yalnız idmanla məşğul olan Rəsulova bugünə qədər 3 dəfə evlənib və hal-hazırda həyatında kimsə yoxdur.
Qaynarinfo.az xəbər verir ki, son həyat yoldaşı olan Elşad Xose ilə yenidən səmimi münasibətdə olan Oksana bundan sonra evlənməmək qərarına gəlib.
“Hər şeyin vaxtı var. Açığı ancaq işlərimlə məşğulam və böyük planlarım var. Bakıda böyük bir rəqs məktəbi quracam və onla məşğul olacam. Sadəcə Hindistanda çox böyük layihələrlə irəli gedə bilirəm və bu fürsəti dəyərləndirirəm. Hətta başım o qədər qarışıqdır ki, şəxsi həyatıma belə lazım olan vaxtı ayıra bilmirəm”.
Qaynarinfo.az