"Ümumiyyətlə, pandemiya hələ bitməyib. Pandemiyanın bitməsi haqqında məlumatı Ümumdünya Səhiyyə Təşkilatının raportu əsasında biləcəyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələr də bu qərara uyğun hərəkət edəcək:
"Omikron” ştamı və ondan sonrakı mutasiyalar heç də sonuncu deyil. Sars-2 virusunun hələlik tam sıradan çıxdığı, yaxud da artıq koronavirusun mövüsmi soyuqdəymə xəstəlikləri törədən xəstəlikləri sırasına qatılması haqqında danışmaq hələ tezdir”.
Adil Qeybulla hesab edir ki, Azərbaycanda epidemioloji vəziyyət daha yaxşıdır:
"Bu uğur həm kütləvi vaksinasiya, həm də xəstələnib immuniteti yaranan insanlarla təmin olundu. Hazırda post-COVİD sindoromu, təkrar xəstələnmə halları hələ də qeydə alınmaqdadır. Buna görə də düşünmürəm ki, arxayınlaşmaq olar. Amma Azərbaycandakı vəziyyətə uyğun bəzi karantin qaydaları yumşaldılıb. Bu proses epidemioloji vəziyyətdən asılı olaraq davam edəcək”.
Professor Çində yeni yoluxma hallarının qeydə alındığını da önə çəkib:
"Buna görə də Çində bəzi yerlərdə karantin elan olunub. Situasiyanı proqnozlaşdırmaq xeyli çətinlik törədir. Bu baxımdan biz də situasiyaya uyğun hərəkət etməliyik”.
Bahar Rüstəmli