"Bizim qardaş Türkiyə ilə münasibətlərimizdə və ya mədəniyyət sahəsindəki əlaqələrimizdə qəribə və təəccüblü anlaşılmazlıqlar, ziddiyyətlər var".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. Deputat Türkiyə istehsalı olan film və seriallarının türk dilində yayımlanmasının tərafdarı olduğunu deyib:
"Bir nümunə göstərim. Bakıda keçirilən Zəfər qutlamalarında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azadlıq meydanında keçirilən paraddakı parlaq çıxışını bütün Azərbaycan hörmətlə dinlədi və hamı da başdan sona hər şeyi başa düşdü. Ərdoğan türkcə danışdı. Amma nədəncə, bizim türk filmlərini televiziyalarda nümayiş etdirənlərimiz və onların "milli ideologiya” adına ayrımçılıq yapan böyükləri bu filmləri başa düşmürlər və azərbaycancaya tərcümə edirlər. Bu məntiqlə yanaşsaq, gərək Ərdoğanın çıxışını də tərcümə etdirəydik. Ayıbdır, vallah! Türk əsgərini başa düşürsən, Türkiyənin dövlət başçısını başa düşürsən, amma "Diriliş Ərtoğrul”u başa düşmürsən!".
Bahar Rüstəmli