Xəbər lenti

Onkoloqdan açıqlama: Kimə solyari və gündə qaralma olmaz
Sağlamlıq 10:27 22.07.2020

Onkoloqdan açıqlama: Kimə solyari və gündə qaralma olmaz

Solyariyə girişdə xəbərdarlıq bildirişləri olan işarələr qoyulmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu fikri onkoloq cərrah Konstantin Titov bildirib.

Onkoloqun dediyinə görə, solyari parlaq dərisi və ya çoxlu xalı olan şəxslərə qəti olmaz. "Sputnik” radiosuna verdiyi müsahibədə mütəxəssis izah edib ki, "Onların dərisində fototip olduğuna görə qaralma meydana gələ bilmir; əvəzinə günəş yanıqları yaranır".

Həkim əlavə edib ki, yanıq dəri hüceyrələrində mutasiyaya səbəb olur və bu da öz növbəsində melanoma və ya dəri xərçənginə səbəb ola bilər.

Titov ayrıca lampaları vaxtında dəyişdirilməyən salonlarda qaralma etdirmənin təhlükəsi barədə xəbərdarlıq edib. Belə qaraldıcı salonlara baş çəkmək ultrabənövşəyi radiasiyanın artmasına səbəb ola bilər.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->