Xəbər lenti

Onlar bu dəfə deputat olmayacaqlar
Siyasət15:32 29.12.2019

Onlar bu dəfə deputat olmayacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq fikrindən vaz keçib.
93 saylı Bərdə şəhər seçki dairəsindən Modern.az-a verilən məlumata görə, bir nəfərin namizədliyi qeydə alınıb:
"Hazırda həmin dairədən 9 nəfər namizədliyini irəli sürüb. Onlardan bir nəfərin namizədliyi qeydə alınıb. O da Baxşəliyev Ərəstun Əli oğludur”.
Dairədən o da bildirilib ki, namizədliyini irəli sürənlər arasında beşinci çağırış Milli Məclisin deputatı olan Gövhər Baxşəliyevanın adı yoxdur:
"Gövhər Baxşəliyeva hələ ki, namizədliyini irəli sürməyib”.
59 saylı Salyan seçki dairəsindən də saytımıza bildirilib ki, beşinci çağırış Milli Məclisin deputatı olan Əliağa Hüseynov namizədliyini irəli sürənlər arasında deyil:
"Əliağa Hüseynov budəfəki seçkilərdə iştirak etmir”.
Qeyd edək ki, bundan öncəki seçkilərdə Gövhər Baxşəliyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən, Əliağa Hüseynov isə 59 saylı Salyan seçki dairəsindən deputat seçilmişdilər.