"İmkanım olsaydı, onun dərdinin çarəsi üçün yüz minlərlə pul verərdim. Təəssüf ki, ürəyi olanların pulu olmur, pulu olanların ürəyi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun xəstəliyindən danışarkən deyib.
Qəzənfər Abbasov bildirib ki, Ehtiram Hüseynovun xarici ölkələrin birində malicə almasına ehtiyacı var:
"Xəstədir, amma buna baxmayaraq, konservatoriyada dərsini deyir və sənətdən ayrılmayıb. Onun çoxdan sinir xəstəliyi olub. Gərək onu xaricə müalicəyə göndərsinlər. Ya da həmin xəstəlik üzrə Bakıya mütəxəssis dəvət oluna. Bizdə elə həkim yoxdur. Ehtirama Allahdan şəfa diləyirəm. İnşaallah, Birinci vitse-prezident, ən böyük xeyriyyəçimiz Mehriban xanım Əliyeva eşitsə, yardım əlini uzadar”.
Qəzənfər Abbasovın sözlərinə görə, Ehtiram Hüseynov 10 muğam ifaçısının arasından seçilən və dəyər verilən bir xanəndədir:
"Səsi, sənəti, şəxsiyyəti yüksək səviyyədə və özü də gözəl insandır, məclisələrin bəzəyidir. Dostluqda, qardaşlıqda misilsiz vəfalı dostdur”.
Qeyd edək ki, Əməkdar artist Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.
Bahar Rüstəmli