Xəbər lenti

OPEC-dən şad xəbər - "Hasilatı yenə də azalda bilərik"
Ekonomiks15:04 07.12.2016

OPEC-dən şad xəbər - "Hasilatı yenə də azalda bilərik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

OPEC dünya bazarında neft qiymətlərinin aşağı düşməsi fonunda əlavə tədbirlər görə bilər.

Əgər neftin qiyməti bir barrelə görə 40 dollardan aşağı düşsə, qurum yeni addımlar atacaq.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazuri deyib: "Əgər hasilatı azaltdığımız halda da neftin qiyməti 40 dollardan aşağı düşsə, məsələni həm OPEC, həm də digər neft istehsal edən ölkələrlə müzakirə edəcəyik. Lazım olan tədbirlər görüləcək".

Qeyd edək ki, Vyanada OPEC-ə üzv ölkələrin keçirdiyi iclasda neftin sutkalıq hasilatı 1.2 milyon barrel azaldılması barədə qərar qəbul edilmişdi.(olke.az)

Qaynarinfo.Az