Xəbər lenti

OPEC-in baş katibi səlahiyyət müddətinin bitməsinə bir ay qalmış vəfat etdi
Ekonomiks 10:37 06.07.2022

OPEC-in baş katibi səlahiyyət müddətinin bitməsinə bir ay qalmış vəfat etdi

OPEC-in (Neft İxrac edən Ölkələr Birliyi) Baş katibi nigeriyalı Sanusi Barkindo dünyasını dəyişib.

Qaynarinfo bu barədə OPEK-in tvitter səhfəsinə istinadən xəbər verir.

Barikdo vətəni Nigeriyaya səfər edərkən 63 yaşında vəfat edib. Onun ölüm xəbərini Nigeriya Neft Şirkətinin baş direktoru açıqlayıb və bunu ölkəsi və OPEK üçün itki kimi qiymətləndirib.

O, OPEC-də Nigeriya nümayəndə heyətinin üzvü olub və OPEK-in 23-cü baş katibi seçilməzdən əvvəl ölkəsinin Milli Neft Şirkətinin rəhbəri olub.

Cənab Barikendo altı il əvvəl OPEC-in Baş katibi olub və onun səlahiyyət müddəti rəsmi olaraq  təxminən bir aydan sonra başa çatacaqdı.
 
M.Arif


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->