Xəbər lenti

Orban Ukraynadakı müharibəni Aİ üçün Əfqanıstanla müqayisə etdi
Dünya 11:18 15.02.2025

Orban Ukraynadakı müharibəni Aİ üçün Əfqanıstanla müqayisə etdi

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukraynadakı müharibə Avropa İttifaqı üçün ABŞ-ın Əfqanıstandakı müharibəsinə bənzəyir, bu, tükəndirici və çıxış yolu olmayan bir əməliyyata çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Orban Taker Karlsona müsahibəsində Orban bildirib ki, Aİ artıq Ukraynaya dəstək üçün yüz milyardlarla avro xərcləyib və əgər vəziyyət dəyişməsə, bu müharibə Avropa ölkələri üçün ağır bir yükə çevriləcək.

"Əgər prezident [Donald] Tramp həll yolu tapmasa, bu müharibə Avropa İttifaqı üçün rahatlıqla Əfqanıstana çevrilə bilər", – deyə Orban Ukraynadakı vəziyyəti ABŞ-ın 20 illik Əfqanıstan kampaniyası ilə müqayisə edib.

"Sonsuz müharibə, sonsuz münaqişə, çıxış yolu olmayan bir vəziyyət. Bu, enerji, insan həyatları, pullar – hər şeyi udur. Avropa İttifaqında normal həyatın çərçivələrini dağıdır... Biz ciddi təhlükə altındayıq", – deyə o, fikrini davam etdirib.

Macarıstan hökumət başçısı eyni zamanda Kremlin narrativini təkrarlayaraq bildirib ki, Rusiya müharibəyə Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq üçün başlayıb. O, həmçinin cəbhədəki vəziyyətin Rusiya üçün əlverişli olduğunu iddia edib.
Orbandan sitat: "Məsələ ondadır ki, rusları müharibəni dayandırmağa necə inandırmaq olar, çünki ruslar, əslində, qalib gəlirlər".

Orban Kremlə dost münasibət saxlayan azsaylı Avropa liderlərindən biridir və dəfələrlə Rusiyaya qarşı sanksiyaları bloklayıb. Onun mövqeyi Avropa tərəfdaşları tərəfindən Aİ-nin Ukraynaya dəstəyi məsələsində birliyi pozmaqda tənqid edilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->