
Digər bir əsgərimiz isə minaya düşdü
Azərbaycan Ordusu daha bir itki verib.
APA-nın məlumatına görə, hadisə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Həmin hərbi hissədə xidmət edən, əsgər Orxan Ələmxan oğlu Mirzəzadə tabeliyindəki silahdan atəş açaraq özünü öldürüb.
Digər bir əsgərimiz isə minaya düşüb. Hadisə cəbhə bölgəsində qeydə alınıb.
Əsgər İbrahim Rauf oğlu Heydərov minaya düşərək ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib.
Qaynar.info